​​​​​​​Nyu-Yorkda atışma, 29 nəfər yaralandı

 ​​​​​​​Nyu-Yorkda atışma, 29 nəfər yaralandı

ABŞ-ın Nyu-York şəhərində, Bruklin metrostansiyasında atışma nəticəsində xəsarət alanların sayı 29 nəfərə çatıb.

CNN isə yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin əksəriyyəti - 21 nəfər güllə yaraları və tüstüdən zəhərlənmə diaqnoqları ilə hadisə yerinə yaxın yerləşən “NYU Langone” xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərdən 10-u artıq evə buraxılıb, digərlərinin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, çərşənbə axşamı səhər “36th Street” metrostansiyasında atışma baş verib. Polis rəisi Kişant Suelin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən afroamerikalı hələ də axtarışdadır. Suel bildirib ki, yaşıl rəngli inşaatçı jiletli bir şəxsin əleyhqaz taxdığı qeydə alınıb, o, içində tüstünün olduğu kanistri açıb, daha sonra isə sərnişinləri təqib edərək onlara atəş açmağa başlayıb.

10:32 - 13 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin