Bakıda 24 yaşlı gənc kürəyindən bıçaqlanıb

 Bakıda 24 yaşlı gənc kürəyindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1997-ci il təvəllüdlü Qasımov İlfat Elşən oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

10:29 - 13 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin