Məşhur aktyor hoteldə ölü tapıldı

 Məşhur aktyor hoteldə ölü tapıldı

"Full House” serialı ilə tanınan 65 yaşlı amerikalı aktyor və komediya ustası Bob Saget otel otağında ölü tapılıb.

Aktyorun cəsədi  ABŞ-ın Florida ştatının Orlando şəhərindəki Ritz-Carlton otelində aşkarlanıb. Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Məlumata görə, B.Saget ölümündən bir gün əvvəl Floridanın Ponte şəhərində pərəstişkarları ilə görüşüb. Görüşdə xeyli insan iştirak edib. O, görüşlə bağlı sosial şəbəkədə xoş sözlər yazıb. 

11:24 - 10 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin