Rusiya müharibə istəmir, lakin öz təhlükəsizliyini sərt şəkildə təmin edəcək.
Buta.ws xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Vladimir Putin də bu barədə danışıb ki, bizə münaqişə lazım deyil. Amma təhlükəsizliyimizi lazım bildiyimiz vasitələrlə ciddi şəkildə təmin edəcəyik”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitterdə gərginliyin artmasına görə Ukrayna və ya ABŞ-ın deyil, Rusiyanın cavabdeh olduğunu yazmışdı.