Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun köhnə Ələt-Astara magistralının Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Nigar Əliinsan qızı Abıyeva hadisə yerində ölüb. Maşında olan iki nəfər - Masallı rayon sakinləri, 1962-ci il təvəllüdlü Məhəmmədqulu Əliş oğlu Abıyev və 1970-ci il təvəllüdlü Sevil Nüsrət qızı Abıyeva xəsarət alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, hadisə qohumlarının yas mərasimindən qayıdarkən baş verib. Faktla bağlı araşdırma aparılır.