Marşrutlarda qiymət artımı olmayacaq

 Marşrutlarda qiymət artımı olmayacaq

İctimai nəqliyyatda tariflərin dəyişdirilməsi müzakirə olunmur.

Bu barədə Tarif Şurasından daşıyıcı şirkətlərin sərnişindaşımda tariflərin yenidən baxılması ilə əlaqədar müraciətlərinə münasibət bildirərkən qeyd edilib.

Vurğulanıb ki, sözügedən məsələnin müzakirə olunması üçün subyektlər tərəfindən təkliflər Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır.

20:00 - 11 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin