Bakıda sərnişin avtobusu piyadanı vurdu

 Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə İvan Anaşkin küçəsində qeydə alınıb.

Yolu keçən 1988-ci il təvəllüdlü Baxışov Əli Elqam oğlunu “Daewoo” markalı sərnişin avtobusu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. 

Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

 

18:02 - 10 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin