Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.
Hadisə zamanı ağır xəsarət alan Ayxan Feyzulladə adlı şəxs ölüb.
O, gecə klubunda ofisiant işləyirmiş.
Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.