Şoyqu ABŞ müdafiə nazirinin zənglərinə cavab vermir

 Şoyqu ABŞ müdafiə nazirinin zənglərinə cavab vermir

ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevral ayından etibarən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə müntəzəm olaraq əlaqə saxlamağa cəhd etdiyini bildirib. Senatda keçirilən dinləmələrdə çıxış edən müdafiə naziri cəhdlərinin uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb.


O, fevralın ortalarından dialoqun davam etdirilməsini təmin etmək məqsədilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə birgə müntəzəm olaraq Rusiyadakı həmkarları ilə əlaqə saxlamağa cəhd etdiklərini vurğulayıb.


Müdafiə naziri əlavə edib ki, bu məsələdə çox böyük irəliləyiş əldə edə bilməyiblər.


“Çünki ruslar cavab vermir”, - Lloyd Ostin qeyd edib.

22:31 - 7 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin