Narkotik satmaq istəmədiyinə görə döyüldü, şantaj edildi

 Narkotik satmaq istəmədiyinə görə döyüldü, şantaj edildi

Bakıda döyülmə və şantaj faktı qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıb.

12:24 - 7 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin