Bakıda qətl törədilib.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu rayonu ərazində Rasim Xəlilov həyat yoldaşı Misli Xəlilovanı özünə məxsus qanuni ov tüfəngi ilə güllələyərək öldürüb, sonra özünə atəş açaraq intihar edib.
Məlumatda qeyd olunub ki, indiyə qədər ailədə münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.