"Liatris Holding"in rəhbəri, iş qadını Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı məhkəmə qərarı elan olunub.
R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Qərardan narazı qalan təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
Ruhi Əliyeva bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanuna ziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir.
Ruhi müğənni kimi də tanınır.