Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan rayonu ərazisində atışma baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur.
"Bu barədə heç bir fakt qeydə alınmayıb", - o vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Salyan rayonu ərazisində silahlı atışmanın baş verdiyi barədə məlumatlar yayılmışdı.