Kəmallədin Heydərov partlayış yerində

 Kəmallədin Heydərov partlayış yerində

Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, partlayış zamanı 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Mənzil və avtomobillərə ziyan dəyib.


12:00 - 3 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin