Cəlilabadda ağr qəza, 2 nəfər öldü

 Cəlilabadda ağr qəza, 2 nəfər öldü

Minik avtomobilinin qəzası ölümlə nəticələnib.

Məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1954-cü il təvəllüdlü Böyükxan İsrafil oğlu Xubalıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol inşaatı texnikası ilə toqquşub.
Nəticədə minik maşının sürücüsü və sərnişini, Yaxşıxanım Ağayeva vəfat edib. Toqquşma zamanı 1955-ci il təvəllüdlü Gülarə Əliyusif qızı Xubalıyeva, 1966-cı il təvəllüdlü Səadət Həsənağa qızı Muradova və 1983-cü il təvəllüdlü Kəmalə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.//apa

23:28 - 8 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin