Çimərlikdə özbaşınalıq: Avtoxuliqan “meydan sulayır” - VİDEO

 Çimərlikdə özbaşınalıq: Avtoxuliqan “meydan sulayır” - VİDEO

Xəzər sahilindəki çimərliklərin birində təhlükəli anlar yaşanıb.

 

Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfərin ağ rəngli VAZ avtomobili ilə insanların istirahət etdikləri məkanda avtoxuliqanlıq etdiyi əks olunub.

 

Asayis.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

 

"Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.

16:37 - 27 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin