Azərbaycanda taxıl sahəsində yanğın - VİDEO

 Azərbaycanda taxıl sahəsində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Yalama kəndi ərazisində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Asayis.az-a nazirlikdən bildirilib. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilməmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kənd əhalisinə məxsus ərazidə 0,1 ha sahədə biçilməmiş taxıl sahəsi və ətrafında 0,6 ha sahədə kol-kos, quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən hava elektrik xəttləri yanğından mühafizə olunub.

BAKU.WS

VİDEO

19:45 - 26 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin