Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 1-də gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar.
Obyektə baxış zamanı mağazanın arxa pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığı və içəriyə daxil olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstintaq zamanı mağazaya daxil olan şəxsi Gəncə şəhər sakini İlham Zeynalabdıyev müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir