Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra tətbiq olunan sanksiyalardan ən çox əziyyət çəkən azərbaycanlı iş adamı Vahid Ələkbərov olub.
“Lukoyl” şirkətinin prezidentinin sərvəti 17,4 milyard dollar azalıb. Belə ki, Ələkbərovun sərvətinin ümumi dəyəri dekabr ayında 26,16 milyard dollar dəyərləndilirdi.
Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən indiyədək ümumilikdə 50,1 milyard dollar azalıb.