İyulun 3-dən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq veriləcək.
Asayis.Az xəbər verir ki, bunun üçün texniki tapşırıqların icrası tam yekunlaşıb.
Bakıdan Qovlara bir istiqamətə gedişhaqqı standart yerlərdə 16 manat olacaq.
Beləliklə, həmin tarixdən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Bu il martın 18-dən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadılıb. Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manatdır. Biletləri vağzalların kassalarından və yaxud ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.//Report