ABŞ Türkiyənin Efiopiyaya “Bayraqdar” PUA-ları satmasından narahatdır.
Buta.ws xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev ABŞ tərəfindən Əddis-Əbəbəyə silah satışına qoyulan qadağanın pozulacağından ehtiyat edir.
Qeyd edək ki, bundan öncə “Nyu York Tayms” nəşri Türkiyə PUA-larının Efiopiyada vətəndaş müharibəsinin taleyini dəyişdirməsi ilə bağlı məqalə yayımlamışdı. Bildirilmişdi ki, məhz Türkiyənin sayəsində Efiopiya hökuməti üsyançıları darmadağın edə bilib.