Gəncə şəhərində 1985-ci il təvəllüdlü Asif işə düzəltmək adı ilə Samirə qarşı dələduzluq edib.
Asayis.Az-ın məlumatına görə, Asif özgənin əmlakını ələ keçirmək məqsədi ilə Samiri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin Gəncə regional şöbəsində yanğın söndürmə vəzifəsinə işə düzəltmək adı ilə ona yalan vədlər verib.
Asif bu məsqədlə ondan ümumilikdə 1600 manat alaraq ələ keçirib.
Asifin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2021-ci ilin təxminən sentyabr ayında Anar adlı dostu ona Samir adlı qohumu olduğunu, onu yanğın söndürən vəzifəsinə işə düzəldə biləcəyi soruşub:
“Mən də cavab olaraq yalandan bildirdim ki, həmin idarədə tanışım var və qohumunu işə düzəldə bilərəm. Lakin ora işə düzəlmək üçün 1600 manat pul vermək lazımdır. Danışıqlarımızdan iki gün sonra Anar mənə ona məxsus bank kartına 400 manat məbləğində pul göndərdi. Bundan on gün keçdikdən sonra Samirə zəng vuraraq bildirdim ki, işini danışmışam, əlavə olaraq 1200 manat pul verməlidir. Samir isə öz növbəsində mənə 1200 manat pulu göndərdi. Lakin ailə problemim ilə əlaqədar həmin işin arxasınca getmədim və aldığım pulları xərclədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Samirin atası Qaçay ona zəng vurub və bildirib ki, artıq onlar həmin işi istəmirlər, verdikləri pulu geri istəyirlər:
“2022-ci ilin avqust ayında Samirdən aldığım 1600 manat puldan 300 manatını ona geri qaytardım. 2022-ci ilin sentyabr ayında dostum Anar ilə Bakı şəhərində görüşəndə ona 400 manat verdim. kii, Gəncə şəhərində Samirlə görüşərək ona qaytarsın. Anarda işlədiyi Samux FHN-nin qarşısında Samirə 400 manat pulu geri qaytardıqdan sonra Samir mənə zəng vurdu. Bildirdi ki, Anar 400 manat pulu gətirib ona geri qaytarıb”.
Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ildə yerdə qalan 900 manat puldan 400 manatını Samirə göndərib, sonradan isə yerdə qalan 500 manat geri qaytarıb.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Asifin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az