“Xəstəxana binasından özünü atmağa cəhd edən şəxs şou göstərməyə çalışıb”.
3 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, intihara cəhd edən şəxs cinsi azlıq nümayəndəsi olub və sözügedən müəssisədə həyata keçirilməsi mümkün olmayan tələblər irəli sürüb:
“O, xəstəxanaya müayinə və müalicə məqsədilə gəlib. Həkimlər tərəfindən zəruri müayinələr aparılıb. Lakin o, xəstəxanada prostat və babasil əməliyyatı olunmaq istədiyini bildirib. O, göndərişlə başqa xəstəxanaya yönləndirilib. Göndəriş müddəti bitdikdən sonra yenidən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlib və əməliyyat edilməsini tələb edib. Tibb işçiləri tərəfindən ona sözügedən əməliyyatın burada həyata keçirə bilinməyəcəyi izah edilib.
Lakin həmin şəxs həkimlərə xəsarət yetirib və etiraz olaraq intihara cəhd edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun intihara cəhdinin qarşısı alınıb. Araşdırma aparılır”.