Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb.
Asayis.az xəbər verir ki, bu barədə ”Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, son günlər yağan güclü yağışlardan sonra gələn sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb.
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub.
Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.