Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.
M.Mənsimovun atası Qurban Məcid oğlu Mənsimov vəfat edib. Mərhumun cənazəsi ötən gün dəfn üçün Bakıya göndərilib.
Asayis.Az xəbər verir ki, bu gün Bakıda Heydər məscidində “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun mərhum atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.