Polşada itkin düşən azərbaycanlı tələbənin göldən meyiti tapıldı - FOTO

 Polşada itkin düşən azərbaycanlı tələbənin göldən meyiti tapıldı - FOTO

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək  ki, Y.Həsənov itkin kimi axtarılırmış.

14:49 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin