Nazirdən alimlərə ÇAĞIRIŞ: Hər şeylə məşğul olmayın!

 Nazirdən alimlərə ÇAĞIRIŞ: Hər şeylə məşğul olmayın!

Tədris və tədqiqatla məşğul olan insanın xüsusiyyətləri ətrafında müzakirələr aparmalıyıq, bu insan necə biri olmalıdır sualına cavab tapmaq lazımdır.
Asayis.Az 
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, Nobel mükafatı laureatı Əziz Sancar Bakıda qonaq olan zaman ona verilən sual və verdiyi cavablar maraqlı idi: "O, ancaq öz ixtisas sahəsi üzrə suallara cavab verə biləcəyini deyirdi. Bilmirəm cavabını belə çox rahat deyə bilirdi. Yəni, hər şeylə məşğul olmaq əvəzinə konkret sahələr üzrə tədqiqat aparıb ortaya yaxşı iş qoymaq olar".

"Biz daha çox elmi tədqiqatların iqtisadiyyatda və ya istehsalatda olan tədbiqini saymaqla məşğuluq. Bunun heç bir nəticəsi olmayacaq. Yalnız yaxşı müzakirə və emosiya ola bilər. Amma buna görə ali təhsil müəssisələrinin reytinqi qalxmayacaq, bunu dəqiq deyə bilərəm. Bu istiqamətdə Azərbaycan hökumətinin gördüyü işlərin siyahısında ali təhsilin rəqabətliliyi istiqamətində olan dövlət proqramı qeyd edilməlidir. Növbəti illər ərzində dünyanın top universitetlərində doktorantura dərəcəsini bitirən 300 azərbaycanlı vətənə qayıdacaq. Ali təhsil müəssisələri üçün bu müsbət nümunədir. İnanıram ki, yaxın gələcək üçün gündəlik məişət xarakterli müzakirələrdən elmə keçid edə biləcəyik", - deyə nazir qeyd edib.

13:49 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin