"Düşünürəm ki, Operativ Qərargahın qərarını gözləmək lazımdır”.
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev iyulun 1-dən quru sərhədlərin açılmasına münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, hər şeyə Operativ Qərargah məsuliyyət daşıyır:
"Qərarı onlar verir və hökumət, xalq, cənab Prezidentin qarşısında cavabdehdir, gəlin hamılıqla onların qərarını gözləyək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyul ayının 1-nə kimi bağlı olması ilə bağlı qərar verilib.
Qaynarinfo