Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARTDI - FOTO

 Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARTDI - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

Asayis.Az 
Qaynarinfo-ya istinadla xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Onun yerinə daxili xidmət polkovnik-leytenantı Ayaz Eyvazov təyin edilib.

Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

 

 

 

12:34 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin