“İlk övladımın qarşısında günahım var. Ona sevgi verə bilməmişəm”.
Asayis.Az Olay-a istinadla xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.
O bildirib: “Yalnız işləmək, bir tikə çörək tapmaq, oxutmaq, məktəbə göndərdim... İkincilərdə isə görürəm vaxtım yoxdur, maşına qoyuram, yol gedəndə yarım saat onunla danışıram. 5 dəqiqə vaxtım varsa, uşağıma sərf edirəm. Dostum, tanışım, qohum-əqrəbam, heç kəs inciməsin. Yasa, toya atam gedir”.
Qeyd edək ki, X.Hidayətqızının ilk evliliyindən bir oğlu, müğənni Doğuşla evliliyindən isə əkizləri Arda və Arın dünyaya gəlib.