Laçında prokurorluğun inzibati binası istifadəyə verildi - FOTOLAR

 Laçında prokurorluğun inzibati binası istifadəyə verildi - FOTOLAR

İyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Bu barədə Asayis.Az-a Azərbaycanın Baş Prokurorluqdan məlumat verilib.

Açılış mərasimində Baş prokuror Kamran Əliyev, Baş prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak edib. 

Tədbir iştirakçılarına məlumat verilib ki, inzibati binada prokuror, prokuror köməkçiləri və müstəntiqlər üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.

Qeyd edilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. 

Laçın rayon prokurorluğunun yeni inzibati binasında yaradılan şəraitlə tanış olan Baş prokuror kollektivə uğurlar arzu edib. 
Xatirə fotoşəkli çəkilib.

























11:37 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin