Sumqayıtda öldürülən itlər İH-nin binası önünə atıldı: RƏSMİ REAKSİYA - VİDEO

 Sumqayıtda öldürülən itlər İH-nin binası önünə atıldı: RƏSMİ REAKSİYA - VİDEO
Sosial şəbəkələrdə bir neçə gün əvvəl Sumqayıtda gecə saatlarında sahibsiz itlərin güllələnməsi ilə bağlı görüntülər yayılıb.
Asayis.Az xəbər verir ki, görüntülərin yayılmasından sonra bir qrup heyvansevər Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası qarşısına gediblər.

Onlar ölmüş heyvanların cəsədlərini icra hakimiyyətinin binası qarşısına atıblar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Ölkə.az-a açıqlamasında araşdırma aparıldığını deyib:

"Faktla bağlı aidiyyəti qurunmlara məlumat verilib. Bununla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq  müvafiq tədbirlər görüləcək".

Sumqayıt İH rəsmisi itlərin icra hakimiyyətindən verilən göstəriş əsasında güllələnməsi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu söyləyib.
 

 

11:18 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin