Yük maşını avtobusla toqquşdu: 2 ölü, 20 yaralı

 Yük maşını avtobusla toqquşdu: 2 ölü, 20 yaralı

Türkiyədə yük maşınının qarşı zolaqdan gələn sərnişin avtobusu ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Asayis.Az 
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Hadisə Türkiyənin Dənizli vilayətində baş verib.

Hadisə yerinə çoxlu sayda Təcili Tibbi Yardım və xilasetmə qrupları göndərilib. 

Əraziyə gedən qruplar qəza nəticəsində 2 nəfərin öldüyünü və 6-sı ağır olmaqla 20 nəfərin yaralandığını bildirib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

17:39 - 21 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin