"Rayonda baş verən hadisələr xoşuma gəlmədi" - Rəşid Mahmudov Gədəbəyə gedir

Xəbər verdiyimiz kimi, Gədəbəyin Söyüdlü kəndində qızıl mədəni ilə əlaqədar süni gölün tikilməsinə kənd sakinləri etiraz ediblər. Nəticədə sakinlər və polis arasında qarşıdurma yaşanıb. Polisin sakinlərdən birinə qarşı gözyaşardıcı qazdan istifadə etməsi sosial mediada geniş müzakirələrə səbəb olub.

Asayis.Az xəbər verir ki, Gədəbəydən olan tibb üzrə fəlsəfə doktoru, professor Rəşid Mahmudov açıqlamasında bildirib ki, baş verən hadisələr ürəkaçan deyil:

"Hazırda Bakıdayam. Gədəbəydə dəqiq nələrin baş verdiyini bilmirəm. Ona görə də, dəqiq fikir bildirə bilməyəcəyəm. 

İndi rayona gedəcəyəm və ondan sonra dəqiq biləcəyəm ki, nələr baş verir.  Sadəcə olaraq, rayonda baş verən hadisələr xoşuma gəlmədi".

Demokrat.az

17:18 - 21 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin