“Sizlər də mənim anamsınız. Amma mən anamın dağın başına çıxıb, oradan polisə daş atmasını heç vaxt özümə sığışdırmaram”.
Asayis.Az xəbər verir ki, bu fikirləri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etiraz edən sakinlərlə söhbəti zamanı bildirib.
İcra başçısı etitazçıları evlərinə getməyə çağırıb:
“Siz gedib evinizdə oturmalısınız. Siz gedib heyvanlarınızı otarmalısınız. Daha polisə niyə daş atırsınız? Dövləti müvafiq qurumlar var, ən doğru qərarı onlar verəcək. Gedirik İcra Hakimiyyətinə, ağsaqqal kimi kimin sözünü eşidirsinizsə, mən o adamlarla oturub danışacam, məsələ də təmkinlə həll olunacaq. Daha burada bazar açmaq olmaz. Polis gecə-gündüz bizim keşiyimizdə dayanır. Bu ərazidə göl 11 ildir ki, var. Bəs nə üçün insanlar indi etiraz edir? Deməli, kimlərsə insanları qızışdırır, sosial şəbəkələrdə düzgün olmayan məlumatlar yayırlar”.
Orxan Mürsəlov jurnalistin “belə keşikdə dayanmaq olar?” sualına isə belə cavab verib:
“Əgər polis olmasa, siz burada səlahiyyətiniz olmaya-olmaya belə rahat danışa bilməzsiniz. Polis sizi məndən, məni isə sizdən qoruyur”.
Demokrat.az