“Dərmanlarda əlavə dəyər vergisinin ləğv edilməsi çox vacibdir” - İqtisadçı

 “Dərmanlarda əlavə dəyər vergisinin ləğv edilməsi çox vacibdir” - İqtisadçı

Bir neçə gün öncə Milli Məclisin deputatı İlham Məmmədov ölkəyə gətirilən dərman vasitələri üçün tələb olunan ƏDV-lərin ləğvini tələb edib. 

Deputat parlamentin Səhiyyə komitəsinin iclasında mövcud məsələ ilə bağlı ona bir çox sahibkarın müraciət etdiyini bildirib.


Asayis.Az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, dərmanlarda əlavə dəyər vergisinin ləğv edilməsi çox vacibdir: 

“Bir il bundan öncə dövlətə belə təkliflər paketi təqdim etmişdik. İctimai müzakirəyə də çıxartmışdıq və burada ölkəyə gətirilən dərman məhsulların ƏDV-dən azad olunması məsələsi də var idi. Çünki ölkədə dərman preparatlarının daxili istehsalı yoxdur. 

Yəni, biz 95 faiz xaricdən asılıyıq. Xaricdən gətirilən istənilən dərman preparatları sərhəddə 18 faiz dəyər vergisinə cəlb olunur və bunun nəticəsində avtomatik olaraq qiymətlər 18 faiz artır. Ona görə də, əlavə dəyər vergisinin ya ləğv edilməsi, ya da kəskin azaldılması vacibdir. Çünki bu, dərman preparatlarının qiymətinə avtomatik təsir göstərəcək. 

Biz bu gün 11 manat 80 qəpiyə aldığımız dərmanın 1 manat 80 qəpiyi məhz əlavə dəyər vergisidir. O, ləğv olunsa dərmanlarda birdən-birə ən azından 15 faiz qiymətində ucuzlaşma görə bilərik”.
 
Demokrat.az

13:56 - 21 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin