"Bizim Market"in bu şirkətə qarşı məhkəmə çəkişməsi davam edir

Bakı Kommersiya Məhkəməsində "Bizim Market" MMC-nin "Vəlioğlu-2018" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

Asayis.Az-ın məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib.

Qeyd: "Bizim Market" MMC "Vəlioğlu-2018" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Pravda.az

12:59 - 21 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin