Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb. Asayis.Az xəbər verir ki, Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi cinsli şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib. Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.