"Əmək müqaviləsi ilə çalışanların sayı azdır" - Sahil Babayev

Son illərdə əmək müqavilələlərinin sayı 30 faiz artırılsa da, hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır.
Asayis.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, qarşıdakı illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək:

"Qeyri-formal əməyin aradan qaldırılması və əməkhaqlarının leqallaşdırılması istiqamətində işlər aparılacaq".

11:15 - 21 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin