Xəbər verdiyimiz kimi, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızına möhtəşəm toy keçirib. Bir neçə gündür bu xəbər medianın əsas mövzusuna çevrilib.
“Yeni Sabah” bildirir ki, dəbdəbəli toy məclisi Bakının elit və ən bahalı restoranlarında biri olan “Böyük Saray”da keçirilib. Açıq mənbələrdə olan məlumatlara görə bu restoranda bir yerin qiyməti 300 manatdan başlayır.
Bu xəbər və toy görüntüləri yayılandan sonra Vüqar Qurbanovu vəzifədən azad ediləcəyi haqda da məlumatlar yayılır. Xatırladaq ki, V. Qurbanovun sələfi Ramin Bayramlı da oxşar səbəblərə görə öz postunu itirmişdi. Onun tikintisi davam edən dəbdəbəli villasının görüntüləri yayılandan 2021-ci ilin sentyabrında sonra istefa verməyə məcbur olmuşdu.
V. Qurbanovun övladı üçün məclis keçirdiyi “Böyük Saray”ın fotolar və videosunu təqdim edirik: