Nazir müavini aptekə getdi - Qəribə halla rastlaşdı

 Nazir müavini aptekə getdi - Qəribə halla rastlaşdı

Bəzən qida əlavəsi insanlara dərman vasitəsi kimi təqdim olunur.
Asayis.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

“Bununla bağlı bizim araşdırmalarımız var. Mən şəxsən buna şahid olmuşam. Bazar günü aptekdən bir dərman almaq istəyirdim. Vasitənin üstündə qeyd olunurdu ki, dərman vasitəsi deyil. Xanımdan soruşanda ki, bu dərman vasitəsidir? Deyir, nə fərqi var. O da bilmir ki, mən kiməm. Belə təcrübələr var”, - deyə nazir müavini vurğulayıb.

13:56 - 20 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin