Bayramdan qalan salatı yeyib zəhərləndilər

 Bayramdan qalan salatı yeyib zəhərləndilər

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Bozalqanlı kəndində baş verib.1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.

12:12 - 28 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin