“OBA Market”də satıcı ilə müştəri arasında qanlı DAVA

 “OBA Market”də satıcı ilə müştəri arasında qanlı DAVA

Bakının Yasamal rayonunda “OBA Market” mağazalar şəbəkəsinin filiallarından birində 1995-ci il təvəllüdlü K.Quliyev mağazaya müştəri qismində gələn Amil Alışova xəsarət yetirib. 
 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin martın 15-də törədilib.  

Belə ki, K.Quliyev hadisə günü, saat 17.30-da əvvəllər işlədiyi “OBA” adlı marketin içərisində kassa aparatının yaxınığında dayanaraq keçmiş iş yoldaşları ilə söhbət edən zaman müştəri qismində marketdə olan Amilin ona yaxınlaşıb, marketin işçisi olmasını zənn edib, aldığı məhsulların pulunu ödəmək üçün kassa aparatının arxasına keçərək əməliyyat apararaq onu tez yola salmasını tələb etdib. 

Bundan əsəbləşən Quliyev Amilə kobud cavab verdiyindən aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Quliyev heç bir səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla Amilin sol əlinin barmaqlarına və sol bazu nahiyəsinə çoxsaylı zərbələr yetirib.

Hadisəni törədən Quliyevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq əməli törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Quliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 15 mart 2022-ci ildə “OBA market”ində bir cox müştərilər olduğundan iş yoldaşlarına tərəzidə ərzaq malların çəkilməsində və onların qiymətlərində kassaya baxıb: 

“Həmin vaxtı mağazada müştəri olan, sonradan adını bildiyim müştəri Amil müştərilərin növbəsindən kənar yaxınlaşaraq kassa işləyib-işməməsini soruşdu. Mən isə ona kassanın işləmədiyini və digər kassada növbə tutmasının bildirdim. Bundan sonra Amil mənə bir neçə dəfə kassanın işləyib- işlməməsini soruşdu. Mən isə ona bir daha kassanın işləmədiyni bildirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Amil onun bu sözündən əsəbləşib: 

“Amil nəyə görə əsəbləşdiyimi soruşdu. Mən isə əsəbləşmədiyimi, eyni sualları təkrar soruşduğundan narazı olduğumu bildirdim. Bundan sonra Amillə üzbə-üz dayandıq və söhbət edərkən əli ilə sinəmdən kənara itələdi. Bu zəminində aramızda sözlə mübahisələrimiz baş verdi. Mübahisə zamanı bir- birimizə əlbə-yaxa olduq. Aqil məndən bir qədər fiziki gücülü olduğundan ona gücüm çatmayacağına əmin oldum. Şalvarımın kəmərindən meyvə doğramaq üçün nəzərdə tutulan cib bıçağını çıxardım və onu qorxutmaq məqsədi ilə üzərinə tərəf tutdum. Bu zaman Amil üstümə hüçüm edərək, məni  yerə yıxdı. Həmin vaxtı əlimdə olan bıçaq yerə düşdü. Həmin bıçağı yerdən götürdüm və Amili qorxutmaq məqəsədi ilə onun üzərinə tərəf tutdun. Lakin Amil üstümə hücüm edərkən, əlimdə tutduğum bıçaqla onun sol əlinə vurdum. Bundan sonra marketdə olan keçmiş iş yoldaşlarım bizi ayırdılar. Bundan sonra marketi tərk edərək evə getdim. Həmin vaxtı bıçağı isə yoldan keçərkən tanımadığım zibil qutusuna tulladım”. 

Təqsirləndirilən şəxs ifadəsiinin sonunda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, onun ondan heç bir şikayət və tələbinin olmadığını, qardaşı Rahib “Suqovuşanın azad olunmasəna görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını nəzərə alınmasını istəyib. 

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiqn olunub. 

Ona 3 il sınaq müddəti olmaqla 2 il müddətinə şərti cəza təyin edilib. 


Demokrat.az

11:44 - 20 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin