Bakıda evli kişi sevgilisinin evinə basqın etdi - Anasına xəsarət yetirdi

 Bakıda evli kişi sevgilisinin evinə basqın etdi - Anasına xəsarət yetirdi

Bakının Yasamal rayonunda 1986-cı il təvəllüdlü Niyaz sevdiyi qızın anası Şəhlaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 8-də baş verib. Niyaz həmin gün qeyri-rəsmi münasibətdə olduğu Aygünün anası Şəhlanın mənzilinin qapsının qarşısına gəlib. 

Bu zaman Niyazı görən Şəhla ondan qızından uzaq durması tələb edib. Bu vaxt Niyaz Şəhlanın üstünə hüçüm edib və mənzilin dəhlizində yerləşən qonşusunun mənzilinin qapsının üzərindən olan dəmir əl tutacağının üzərinə başını bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Niyazın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Niyaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şəhlanın qızı Aygün ilə təxminən 2014-cü il tarixdə tanış olub və bir müddət onunla bir yerdə yaşayıb: 

“Təxminən 2022-ci ilin noyabr ayının əvəllərində Aygün mənimlə yaşamaq istəmədiyini bildirdi. Dekabrın 8-də, saat 13 radələrində Aygünün mənimlə olan münasibətlərinin kəsilməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə onun yaşadığı ünvana getdim. Həmin vaxt mənzilin qapsını döymək istəyən zaman təsadüfət Şəhla binanın liftindən cıxaraq mənə tərəf gəldi. 

O, “qızıma nə etmisən” sözünü deyərək üstümə hüçüm etdi. Şəhlanın bu sözünə cavab olaraq Aygünün evdə olduğunu, ona heç nə etmədiyimi dedim. Lakin buna baxmayaraq Şəhla əsəbi halda məni təhqir etdi, yenidən üstümə hüçüm etdiyi üçün özümü müdafiə etmək və Şəhlanı özümdən kənarlaşdırmaq məqsədi ilə onun əlindən tutaraq itələdim. Sonra liftə minarək oradadan getdim”.

İş üzrə zərərçəkmiş Şəhlanın sözlərinə görə, dekabrın 8-də, saat 13 radələrində yaşadığı ünvana gələn zaman mənzilin qapsının qarşısında Niyazı görüb: 

“Həmin vaxt qızım Aygün isə evdə olub. Bu zaman Niyazın qızıma xəsarət yetirdiyini və onu öldürdüyünü zənn etdim. Qışqıraraq “qızımı öldürmüsən” sözünü dedim. Həyacanlı vəziyyətdə mənzilin qapsını açmaq istəyən zaman Niyaz mənimlə mübahisə edərək əli ilə sağ qolumdan tutdu, dəhlizdə olan qonşunun mənzilinin qapsınına tərəf itələdi. Mənim başım qapını açmaq üçün nəzərdə tutulan dəmir tutacağına dəydi. Bundan sonra Niyaz hadisə yerindən qaçdı. Həmin vaxt qışqırıq səsimə qonşular və mənzildə olan qızım gələrək hadisənin şahidi oldular. Bundan sonra qızım baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzinə zəng edərək məlumat verdi”.

İş üzrə şahid qismində dindirilən Aygün bildirib ki, Niyaz ilə 2014-cü ildə tanış olub və 2015-ci ilin sonunadək onunla yaşayıb: 

“Lakin sonradan Niyazın ailəsi olduğunu bildiyim üçün onunla ayrıldım. Dekabrın 8-də, saat 13 radələrində yaşadığım evdə olankən mənzilin blokunda anamın qışqırıq səsini eşitdim, qapını açan zaman anamın başından xəsarət aldığını və başı qan içərisində olduğunu gördüm. Bundan dərhal sonra anama ilkin tibbi yardım göstərdim. Anamdan hadisə barədə soruşdum. Anam isə bildirdi ki, Niyaz əli ilə qolundan tutaraq dəhlizdə olan qonşunun mənzilinin qapısnın üzərinə vurub”. 

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Niyazın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

 


Demokrat.az

10:54 - 20 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin