FHN generalı dələduzluq edib? - ŞOK FAKTLAR

 FHN generalı dələduzluq edib? - ŞOK FAKTLAR

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sahil tanışı Elvinə qarşı dələduzluq edib. 
Asayis.Az-ın məlumatına görə, Sahil Elvinə pul müqabilində onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti idarəsinə zabit kimi işə qəbul etdirmək imkanı olması barədə yalan məlumat verib. 

Bunula da ondan ümumilikdə 2995,95 manatını alaraq ələ keçirib. 

Sahilin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Elvin ilə həm eyni məhlədən tanıyıb, həmdə kiçik qardaşı Süleymanla dostluq münasibətləri var: 

“Dəqiq xatırlamadığım tarixdə qardaşım Elvinin dövlət işinə girmək istəyini bildirdi və əgər tanışlarım varsa, ona kömək etməyimi xahiş etdi. Mən də elə bir tanışım olduğunu bildirdim və mobil nömrəmi Eıvinə verməuimi istədi. Bir ay sonra Elvin mənimlə əlaqə saxladı və görüşmək istədiyini bildirdi. Elvinlə razılaşdım. Biz “50 qəpik” çay evində görüşdük. Elvin dövlət işinə düzəlmək istədiyini bildirdi. Bildirdim ki, bu barədə ətraflı maraqlandıqdan sonra ona məlumat verəcəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, tez-tez Elvinlə telefon əlaqəsi saxlayıb: 

“Ondan diplomunun və hərbi biletinin sürətini istədim. Təxminən 1 ay sonra Elvinlə yenidən görüşdüm və ondan həmin sənədləri götürdüm.  Ona bildirdim ki, tanışlarım var, onu zabit kimi Fövqəladə Hallar Nazirliyinin Xırdalan qəza xidməti idarəsinə zabit kimi işə düzəldəcəm. Həmin vaxt aramızda pul söhbəti olmadı. Daha sonra Emin adlı tanışım ilə “Divan ekspres” hoteldə olan restoranda olarkən Elvini də ora dəvət etdim. Həmin şəxsi vəzifəli şəxslərdən birinin köməkçisi kimi təqdim etdim. İş barədə söhbtələr apardım ki, sənədlər verilib və işlər gedir. Bundan sonra Elvin restoranın 176 manat hesabımı ödəyərək getdi. 10-15 dəqiqə sonra Elvinlə yenidən əlaqə saxlayaraq onunla görüşdüm və sənədləşmə işlərinə görə ilkin olaraq 500 manat istədim. O da həmin pulu kart hesabından çıxararaq mənə verdi. Bundan sonra pula ehtiyacım olduqda Elvinlə əlaqə saxlayır özünm məxsus bank kartlarına müxtəlif miqdarlarda pullar köçürməsini istədim. Elvinə həmin pulların işdə olan sənədləşmə ilə əlaqədar olduğunu qeyd etdim”. 

Təqsirləndirilən  şəxs deyib ki, bundan başqa Elvinlə 2022-ci ilin mart ayında Təbriz küçəsi 98 ünvanında yerləşən “Baku Elektronic” mağazasının arxasında görüşüb və 1 aya onun əmrinin olacağını bildirib, ondan 650 manat alıb: 

“Həmin pulları Elvindən alarkən niyətim onu aldatmaq, gələcəkdə pulum olduqda işin alınmadığını deyib, ona pulu qaytarmaq olub. Zərərçəkmiş şəxsdən ümumilikdə FHN-də işə düzəlmək üçün 2995.95 manat almışam. İnternet vasitəsi ilə tanıdığım yüksək vəzifəli şəxslərin adından istifadə edərək ondan pullarını özüm üçün ələ keçirmişəm. Yəni həmin şəxsləri tanımıram, onlarla hər hansı əlaqəm yoxdur”.

İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, 2013-2017-ci illər ərzində Azərbaycan Dövlət İqtisad universitetində təhsil alıb: 

“Təhsil aldığım dövrdə mənimlə paralel küçədə qalan Süleymanı həmin universitetdə görmüşəm. Əvvəldən tanımağıma baxmayaraq onunla münasibətim olmayıb. Sadəcə universitet dövründə bizim münasibətlərimiz yaxşılaşıb və yoldaşlıq etməyə başlamışıq. Süleymanla münasibətim həqiqi hərbi xidmətə gedib qayıtdıqdan sonra da davam edib. 2021-ci ilin sentyabrında biz birlikdə görüşən zaman Süleymana işsiz olduğu, dövlət işində işləmək istədiyini bildirdim. Bu zaman Süleyman bildirdir ki, onun qardaşı Sahilin Fövqəlaqdə Hallar Nazirliyində yüksək vəzifədə tanışı var və Sahilin vasitəsi ilə məni zabit kimi işə qəbul etdirə bilər. Mən də Süleymanla razılaşdım. Süleyman Sahillə danışıb bu barədə mənə deyəcəyini bildirdi. Bir gün sonra Sahil mənimlə əlaqə saxladı. Süleyman mənim işə düzəlmək istədiyimi bildirib, əgər istəyirsə, telefon söhbəti deyil, görüşək. Bir gün sonra o Sahillə H.Əliyev mərkəzinin yanında görüşdük. Sahil bildirdi ki, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə tanışları var və onların vasitəsi ilə 1 ay ərzində məni zabit kimi nazirliyinin Xırdalan qəzə işlərinə nəzarət idarəsinə işə qəbul etdirə bilər. Bildirdi ki, bir nəfər şəxs var, onunla görüşəcək və işlərimi həll edəcək. Bir neçə gün sonra Sahil zəng edərək “Divan Ekspres” otelində yerləşən restorana gəlməyimi dedi. Həmin restorana getdikdə orada Sahil və bir nəfər rəsmi geyimdə şəxs oldu. Həmin şəxs özünü Fövqəladə Hallar Nazirliyində olan generallardan birinin köməkçisi kimi təqdim etdi. Həmin adam çox rahatlıqla məni 1 aydan tez işə qəbul etdirəcəyini, ən pis halda işin uzandığı təqdirdə yeni ilədək, yəni 2022-ci ilədək bu işin həll ediləcəyini bildirdi. Həmin şəxsdən nə qədər məbləğdə pul veriləcəyimi soruşdum. Bu işlərin 15000 manata həll edildiyini bildirdi, lakin mənim üçün miqdarı azaldacağını, əlavə olaraq pulu iş bitdikdən sonra alacağını qeyd etdi. İrada onların yerinə 176 manat hesabı ödədim və oradan ayrıldım. Təxminən 15 dəqiqə sonra Sahil mənimlə əlaqə saxladı və uzaqlaşmamağımı istədi. Mən də onu mərkəzin yanında gözlədim. Sahil gələrək bildirdi ki, sənədlərin hazırlanması üçün “şirinlik" olaraq ilkin 500 manat pul vermək lazımdır. Sahilə həmin pulu səhər verəcəyimi qeyd etdim. Lakin Sahil bildirdi ki, gecə ilə pulu vermək lazımdır. Mən də özümə məxsus Birkart hesabından 500 manat pulu nəğdləşdirərək Sahilə verdim. Sahil bildirdi ki, bundan sonra yalnız o işə qəbul olunduqda haqq hesab olacaq”. 

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Sahil müxtəlif vaxtlarda ona zəng edib və müxtəlif bəhanələrlə müxtəlif miqdarlarda pullar alıb: 

“Hər dəfə bir bəhanə etdi ki, çatışmayan sənədlər var, işi tezləşdirmək lazımdır, şifahi sorğu-suala girməyəcəyək və bu kimi bir çox bəhanələr. Sahilə məxsus bank kartlarına özünə məxsus bank karlarından müxrəlif vaxtlarda pullar göndərdim”. 

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Sahil 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum  edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub. 
 


Demokrat.az

16:09 - 19 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin