Sel Tovuzun kəndlərini su altında qoydu - VİDEO

 Sel Tovuzun kəndlərini su altında qoydu - VİDEO

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib.

Rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub.

Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

14:55 - 19 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin