“Mərkəzi Bankın yeni rəhbərliyi son 6 ayda 2-ci dəfə müstəqil iqtisadçılarla görüşüb. İlk görüşdə hesabatlılıq və şəffaflığı artırmaq üçün təkliflər vermişdim”.
Asayis.Az-ın xəbərinə görə, bunu tanınmış ekspert Rövşən Ağayev bildirib.
O, həmin təklifləri açıqlayıb: Hər ay manatın əsas ticarət partnyorlarının valyutasının hər biri üzrə real məzənnəsi açıqlansın. Bu görüşdən sonrakı 2 ay ərzində Bank bu təklifi reallaşdırdı və hazırda MB-nin saytında 15 aparıcı ticarət tərəfdaşımızın valyutasının manata qarşı real məzənnəsilə bağlı aylıq məlumatları görmək olur. Ölkənin beynəlxaql invesitisiya mövqeyinə dair statisitka açıqlansın. MB sədri bu dəfə görüşdə dedi ki, yaxın zamanlarda bu statistika ictimaiyyət üçün açıq olacaq. Bu məlumat bazası ölkənin bütün institusional vahidlərinin - ev təsərrüfatlarının, biznes, maliyyə və dövlət idarəetmə sektorunun qeyri-rezidentlərlə qarşılıqlı maliyyə əlaqələrinə dair bütün əməliyyatları görməyə imkan verəcək. Tədiyə balansı indiki kimi rüblük, həm də çox gec yox, aylıq və opretiv açıqlansır. Son görüşdə MB sədri dedi ki, bu statistikanın aylıq açıqlannası istiqamətində hazırlıq işləri görülür və yaxın zamanlarda mümkün olacaq. Bütün kommersiya banklarının maliyyə hesabatları daha operativ və eyni standartlar (göstəricilər) üzərindən açıqlansın. MB sədri dedi ki, yaxın zamanlarda bu təklifin də reallaşacağını hamımız birlikdə görəcəyik. Son görüşdə daha 2 təklif verdim, Türkiyədə Mərkəzi Bankın analitik balansı həftəlik açıqlanır.Bizdə heç olmazsa aylıq, mümkün olmazsa, rüblük açıqlansın. Qiymət sabitliyi MB-nin əsas mandatıdır. Amma müstəqil araşdırmaçıların hazırda inflaysiyanın hesablanaması ilə bağlı metodologiyaya dair sualları və əndişələri var. Bu məsələləri MB-nin mütəxəssiləri ilə ayrıca müzakirə etmək istəyirlər. Hər 2 təkllif müsbət qarşılandı. Güman ki, belə bir müzakirə olacaq. Bütün hallarda mərkəzi dövlət qurumlarının müstəqil araşdırmaçılarla müzakirə aparması ən azından qarşılıqlı informasiya mübadiləsi baxımından çox yaxşıdır”.