“Azərsun Holdinq”ə qarşı iddia əsasında məhkəmə başladı

 “Azərsun Holdinq”ə qarşı iddia əsasında məhkəmə başladı

Nizami Rayon Məhkəməsində vətəndaşlar - Hüseynov Əli Polad oğlu və Hüseynov Ramil Əli oğlunun “Azərsun Holdinq” MMC-yə qarşı iddiası əsasında məhkəmə başlayıb.

Asayis.Az-ın məlumatına görə, hakim Həqiqət Əhmədovanın sədirliyi prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib.

Qeyd: Vətəndaşlar - Hüseynov Əli Polad oğlu və Hüseynov Ramil Əli oğlu “Azərsun Holdinq” MMC-ni məhkəməyə verərək maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

 

Pravda.az

10:46 - 19 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin