Baba Vəziroğlunun qardaşı yenə qalmaqalla gündəm oldu - VİDEO

 Baba Vəziroğlunun qardaşı yenə qalmaqalla gündəm oldu - VİDEO

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert qismində əyləşən Anar Vəziroğlu  efirə gələn Zəminə adlı şikayətçinin ona su şüşəsi atması, bu səbəbdən qadının üzərinə hücum çəkmək istəməsi ilə bağlı görüntülərə görə tənqid olunmasına münasibət bildirib.

A.Vəziroğlu Pravda.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Desinlər, camaatın gördüyü odur... Mən heç vaxt qadına hücum etmirəm. Şəfiqə Nağıyeva barəsində də belə demişdilər. Halbuki birinci o mənim üstümə su atmışdı, mən də adekvat olaraq ona su atmışdım. Heç vaxt birinci qadının üstünə getmirəm. Bu qadın da həmçinin. 15 gündür, yalanlar uydurur. Bu verilişə təkcə qadınlar yox, kişilər də, uşaqlar da baxır. Mən dedim ki, ay xanım, səndən utanıram, çünki anamın qəbrinə az getmişəm. Doğma anam 9 uşaq doğub, hərəsinin öz sahəsi var...  Sənin isə mənəviyyatın yoxdur, iki uşaq doğmusan, biri şikəstdir, bir də tüfeyli. Dedim ki, mən bunun qarşısında xəcalət çəkirəm. Gərək anamı qəbirdən çıxarım, onun üçün böyük heykəl qoyum ki, səndən üzr istəyirəm. Bu sözləri demişdim. O, verilişə gələn Ayşən adlı qadının uşağını götürüb saxlayıb. Uşaq saxlamaq üçün Azərbaycanda çoxlu sayda analar işləyirlər, uşaqlarını da bağçalara verirlər. Onda dövlət bütün millətin boynuna minnət qoymalıdır ki, mən sənin uşağını saxlamışam, uşağı mənə ver? Zəminə uşağı Ayşənə qaytarmaq istəmir. Düzdür, qeyri-etik səslənsə də, o ana ayağından asılmalıdır, bilirik. Bəs 15 gündə yalan danışanı haradan asmalıyıq? Hər gün bir yalan danışır. Mən də gündəlik o verilişdə iştirak edirəm. Bilirəm ki, kim nə ilə nəfəs alır. Mənim üçün nə fərqi var? Hər ikisi qadındır. Amma yalanı götürə bilmirəm. Mən də rayondan gəlmiş adamam. Bir uşaq doğurlar, qeyrətdən, namusdan danışırlar, guya anadır. Sən qadın ola bilərsən, amma analıq şərəfi başqa şeydir. Bu şərəfi hər qadın daşıya bilməz. Söhbət bundan gedir. Sonadək dava etmədim. Sadəcə, o qadının üzərinə getdim, çünki qucağıma götürüb aparıb yavaşca başqa stolda oturtmaq istəyirdim ki, sənin yerin oradır. Lalə xanıma dedim ki, məni nahaq qoymadın. Mənə stəkan atmışdı, amma başqasına dəyəcəkdi, ayağımla saxladım. Stəkanı yanına qoyub, özünü də aparıb 20 metr o tərəfə tullayacaqdım. Şəfiqə xanımın üstünə gedəndə də məni günahkar çıxarmışdılar. Amma səhəri gün həqiqi görüntüləri yaydılar. Bildilər ki, mənim günahım yoxdur. Nəticədə millət mənim tərəfimdə olmuşdu...”, - A.Vəziroğlu bildirib.

 

Aytəkin Qardaşova

 

 

10:20 - 18 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin