Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovla bağlı maraqlı iddia irəli sürülüb. Yenisabah.az xəbər verir ki, jurnalist Heydər Oğuz bununla bağlı paylaşım edib.
"Azər Zeynalov hardadır?
İki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər. Dünən isə onu müvafiq idarədə sorğuya çəkiblər.
Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb. Görünür, onunla söhbət uzun sürəcək", - paylaşımda deyilir.